Gəmilərin və gəmi sənədlərinin Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Berboat-çarter Reyestrində qeydiyyata alınması üçün hazırlanması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Berbot-çarter reyestrində gəmilərin qeydiyyatdan əvvəl və qeydiyyatı üçün tələb olunan gəmi sənədlərinin hazırlanması ilə bağlı köməklik edilir və tövsiyələr verilir.
Xidmətə gəmi anketlərinin doldurulması, gəminin IMO nömrələrinin verilməsi üçün Beynəlxalq Dəniz Təşkilatına müraciət, çağırış siqnalının verilməsi üçün aidiyyəti orqanlara müraciət, Beynəlxalq Ölçü Şəhadətnaməsinin və Klas sertifikatlarının verilməsinə köməklik, habelə gəmilərin qeydiyyatı və yenidən qeydiyyatı üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq üzgüçülüyə yararlılığının yoxlanılması daxildir.