Gəmini Dövlət Bayraq Nəzarəti yoxlamasına hazırlanması
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə Dövlət Bayraq və Dövlət Liman nəzarəti yoxlaması zamanı limanlarda saxlanmaların və vaxt itkilərinin qarşısının alınması üçün mütəxəssislərimiz gəmiləri qeyd olunan yoxlamalara hazırlayırlar. Yuxarıda qeyd olunan yoxlamalar, gəmilərin müştərilər (podratçılar) tərəfindən qəbulundan əvvəl beynəlxalq konvensiyalar və milli qanunvericiliklə bağlı ümumi yoxlamalara da şamil edilir.
Bu növ yoxlamalara gəmilərin və heyətin dəniz sahəsində beynəlxalq konvensiyalar və milli qanunvericilik tərəfindən tələb olunan tələblərə və standartlara uyğunluğunun müəyyən edilməsi daxildir; gəminin ümumi texniki vəziyyəti (maşın şöbəsi, yaşayış sahəsi, kambuz, gigiyenik şərait və s.) və heyətin Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun müəyyən edilməsi; gəminin əmniyyətli istismarı, insan həyatı və ətraf mühit üçün təhlükələrin qarşısının alınması ilə bağlı fəaliyyət; konstruksiyanın, avadanlıqların, heyətin, iş və rifah halınının və gəminin üzgüçülüyə yararlılığının ümumi yoxlanışı; uyğunsuzluqlar barədə gəmiyə və gəmi sahibinə məlumat vermək.