Milli qanunvericilik, BDT və BƏT konvensiyaları ilə tələb olunan daxili auditlərin aparılması
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə “Gəmi və Liman Vasitələrinin Mühafizəsi” haqqında Beynəlxalq Məcəlləyə (ISPS Code), “Əmniyyətli İdarəetmə haqqında” Məcəlləyə (ISM Code), habelə Beynəlxalq Dəniz Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının dənizçilik sahəsində müvafiq konvensiyalarına uyğun olaraq daxili auditlərin aparılması və müvafiq Formaların və hesabatların doldurulması; gəmidə əmniyyətli idarəetmə sisteminin səmərəli tətbiqini təmin etmək, daxili auditlər zamanı aşkar edilmiş uyğunsuzluqlar və nöqsanlarla bağlı düzəldici tədbirlər haqqında tövsiyələr vermək.