Milli qanunvericilik və BDT alətləri ilə tələb olunan gəmi planlarının, təlimatlarının və sistemlərinin hazırlanması

Bu xidmətə Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş Beynəlxalq Konvensiyalar, habelə “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında tarixli Beynəlxalq Konvensiya” və digər IMO qətnamələrindən irəli gələn planların, təlimatların və sistemlərin hazırlanması və təsdiq üçün təqdim edilməsi daxildir.

Şirkət tərəfindən hazırlanan  və təsdiq üçün təqdim edilən planların, təlimatların və sistemlərin siyahısı:

  • Limanın Mühafizə Planı
  • Gəminin Mühafizə Planı və Mühafizəsinin qiymətləndirilməsi
  • Gəminin Qəza Yedək Əməliyyatları Proseduru
  • Yanğın Planı və Xilasedici Vasitələrin Yerləşmə Sxemi
  • Neftlə Çirklənməyə Qarşı Gəmi Fövqəladə Mübarizə Planı (SOPEP)
  • Enerji Effektivliyinin İdarə olunması Planı
  • Yüklərin Bərkidilməsi Təlimatı
  • Zibil Əməliyyatları Planı