Qeydiyyatdan əvvəl gəmilərin yoxlanılması

Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Berbot-çarter reyestrində gəmilərin qeydiyyata alınmamışdan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın tələblərinə uyğun olaraq gəmilərin ümumi yoxlanılması və gəmilərin üzgüçülüyə yararlılığının müəyyən edilməsi üçün müvafiq Formaların doldurulması.

Yoxlamalar zamanı ixtisaslı mütəxəssislərimiz naviqasiya körpüsündə naviqasiya və radio avadanlıqlara, maşın şöbəsində əsas və köməkçi mühərriklərə, generatorlara, ventilyasiyaya, yanacaq nasoslarına, yanğınsöndürmə və xilasedici avadanlıqlara, yaşayış yerlərinə, elektrik avadanlıqlarına ümumi texniki baxış keçirilir və gəmi sənədlərinə baxılır.